Bu gün:

“Kalyari” Semih Kılıçsoyu birdəfəlik transfer edir


İtaliyanın “Kalyari” klubu mövsümün əvvəlində Türkiyənin “Beşiktaş” klubundan icarəyə götürdüyü Semih Kılıçsoyu birdəfəlik transfer etməyə qərar verib. A Seriyası təmsilçisi futbolçunun çıxışından razı qalıb və onunla bağlı yekun addım atmağa hazırlaşır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Kalyari” rəhbərliyi oyunçu üçün tələb olunan 12 milyon avroluq transfer məbləğini qarşı tərəfə ödəyəcək. Klubun idman direktoru Quido Ançelotti bu qərarın futbolçunun stabil performansı ilə əlaqədar verildiyini bildirib.

Məlumata görə, Semih Kılıçsoyun hazırkı çıxışını davam etdirməsi halında bazar dəyərinin gələcəkdə 40 milyon avroya qədər yüksələcəyi proqnozlaşdırılır. Həmçinin, “Kalyari”nin gənc hücumçu ilə 2030-cu ilədək uzunmüddətli müqavilə imzalamağı planlaşdırdığı bildirilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et