Bu gün:

Dubay Moda Həftəsi beynəlxalq moda mərkəzinə çevrilir


Dubay Moda Həftəsi son illərdə ərazinin ən nüfuzlu moda tədbirlərindən birinə çevrilərək qlobal fashion xəritəsində mövqeyini gücləndirir. Artıq tədbir təkcə Yaxın Şərq dizaynerləri üçün deyil, eyni zamanda Avropa, Asiya və Afrikadan olan tanınmış moda evləri və müstəqil dizaynerlər üçün də cəlbedici platforma rolunu oynayır.

Bu mövsüm Dubay Moda Həftəsində dünya səviyyəli dizaynerlərlə yanaşı, yerli və regional gənc istedadlar da kolleksiyalarını təqdim ediblər. Bu yanaşma Dubayın moda sahəsində inklüzivlik, mədəni müxtəliflik və yaradıcılığın dəstəklənməsi prinsipinə sadiqliyini göstərir. Podyumlarda həm "haute couture", həm də kommersiya yönümlü "pret-a-porterkolleksiyaları" nümayiş olunub.


Ekspertlərin fikrincə, Dubayın coğrafi mövqeyi, güclü iqtisadi infrastrukturu və beynəlxalq auditoriyaya açıq strategiyası şəhəri Paris, Milan və London kimi klassik moda paytaxtlarına alternativ yeni fashion mərkəzinə çevirir. Xüsusilə Orta Şərq bazarına daxil olmaq istəyən brendlər üçün Dubay Moda Həftəsi mühüm irəliləyiş üçün imkan hesab olunur.


Tədbir çərçivəsində yalnız moda nümayişi deyil, həm də moda sənayesinin gələcəyinə həsr olunmuş panel müzakirələri, əlaqələndirmə görüşləri və gənc dizaynerlər üçün proqramları təşkil edilib. Bu da Dubay Moda Həftəsini sadəcə şou platforması deyil, eyni zamanda strateji və peşəkar moda mərkəzi kimi ön plana çıxarır.


Beləliklə, Dubay Moda Həftəsi qlobal moda sənayesində yeni beynəlxalq mərkəz statusunu möhkəmləndirərək ənənə ilə innovasiyanı birləşdirən mühüm bir moda hadisəsinə çevrilir.


Mənbə: ru.fashionnetwork.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et