24media.az Report-a istinadən xəbər verir ki, ABŞ-ın aparıcı biznes strukturlarını təmsil edən geniş nümayəndə heyəti fevralın 9-u Azərbaycana səfər edib.

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Heyətə Apple, Ericsson, ExxonMobil, Meta, Visa, Boeing, Mastercard, Shell, Honeywell, J.P. Morgan və digər nüfuzlu şirkətlərin yüksək səviyyəli təmsilçiləri daxildir. Prezidentlə görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya mühiti və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu səfər çərçivəsində birgə layihələrin, qarşılıqlı investisiyaların və ticarət imkanlarının müzakirəsi, eləcə də Azərbaycan ilə ABŞ arasında biznes əlaqələrinin dərinləşdirilməsi məqsədilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Səidə Abasova