Bu gün:

DİN Bakı və regionlarda qadın namizədlərin xidmətə qəbulunu elan edib


Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində və ölkənin digər şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti inspektor vəzifələrinə qadın namizədlərin qəbulunu elan edib.

24media.az APA-ya istinadən xəbər verir ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan və şəxsi, həmçinin yaxın qohumlarının məhkumluğu olmayan qadın vətəndaşlar iştirak edə bilərlər. Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən edilmiş normativlər üzrə yoxlanılacaq.

Müsabiqədə kompüter bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək. İştirak etmək istəyənlər fevralın 10-dan martın 10-dək DİN-in rəsmi saytında (www.mia.gov.az) elektron ərizə formasını dolduraraq bki@mia.gov.az ünvanına göndərə bilərlər.


Amina Paşazadə

Paylaş
Şərh əlavə et