ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində süni intellekt tərəfindən hazırlanmış xəritəni paylaşıb, həmin xəritədə Qrenlandiya, Kanada və Venesuela ABŞ bayrağı ilə örtülüb.

24media.az Trend-ə istinadən xəbər verir ki, Tramp paylaşımına heç bir şərh və izah əlavə etməyib. Xəritə ilk dəfə yanvar ayında yayımlanıb və Trampın Oval kabinetdə Avropa liderləri ilə birlikdə əks olunduğu səhnəni göstərir.
Şəkildə arxa planda Amerika qitələrinin xəritəsi görünür və süni intellekt tərəfindən yaradılmış təsvir vizual olaraq qeyri-adi təsir bağışlayır.
Amina Paşazadə
