Bu gün:

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi çərçivəsində “İnnovativ kommunikasiya kontekstində dilçilik, ədəbiyyat və tədris metodikası” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Tədbir dilçilik və dil tədrisinin müasir çağırışlarına həsr edilib və müxtəlif ölkələrdən alimləri bir araya gətirib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın açılışında AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova ana dilinin qorunması və elmi əsaslarla inkişaf etdirilməsinin ali təhsil müəssisələri üçün prioritet istiqamət olduğunu vurğulayıb. Bildirilib ki, AzMİU-da dil tədrisinə xüsusi önəm verilir, universitetdə Azərbaycan, ingilis və rus dilləri ilə yanaşı, bir neçə Avropa dili də tədris olunur ki, bu da tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasını gücləndirir.

Konfransda çıxış edənlər müasir dilçilik, süni intellektin dil tədrisinə təsiri və innovativ metodik yanaşmalarla bağlı fikir mübadiləsi aparıblar. Plenar iclasdan sonra tədbir tematik bölmələr üzrə davam edib, təqdim olunan məruzələrdə dil mədəniyyəti, dil normalarının qorunması və tədrisdə yeni yanaşmalar xüsusi diqqət mərkəzində olub. Konfransda Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin ali təhsil müəssisələrini təmsil edən alimlər iştirak ediblər.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et