Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətdə olan Sosialist Partiyasının (PS) namizədi Antonio Jose Sequro qalib gəlib. O, bazar günü baş tutan səsvermədə seçicilərin 66,2 faizinin dəstəyini qazanaraq ölkənin yeni Prezidenti seçilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki ardıcıl müddət prezidentlik edən Marselo Rebelo de Sousanın namizədliyinin mümkün olmaması səbəbindən keçirilən seçkilərdə 11 milyondan çox vətəndaş səsvermədə iştirak edib. Portuqaliya Milli Seçki Komissiyasının rəsmi məlumatına əsasən, Antonio Jose Sequro 66,2 faiz, ifrat sağçı “Çeqa” partiyasının lideri Andre Ventura isə 33,8 faiz səs toplayıb.
Bu nəticə ilə 63 yaşlı Sequro Portuqaliyanın 1974-cü ildən sonrakı demokratik tarixində səkkizinci Prezident olub. Baş nazir Luis Monteneqro fevralın 9-da Sequronun qələbəsini təsdiqləyərək bildirib ki, prezident seçkilərindəki məğlubiyyətə baxmayaraq, azlıq hökuməti fəaliyyətini davam etdirəcək və ölkədə siyasi sabitliyin qorunması əsas prioritet olaraq qalır.
Arzu Qafarova
