Misli Premyer Liqasının XIX turu çərçivəsində növbəti oyun keçirilib. Turun qarşılaşmalarından birində “Sumqayıt” doğma meydanda “Zirə”ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda “Zirə”nin heyətində Davit Volkov 24-cü, Qismət Alıyev 35-ci, Giorgi Papunaşvili isə 88-ci dəqiqədə fərqlənib. “Sumqayıt”ın qollarını isə Nikola Ninkoviç (26) və Aleksandr Ramalinqom (50) vurub.
Bu qələbə sayəsində xallarının sayını 32-yə çatdıran “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 30 xalı olan “Sumqayıt” isə beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, turun gün ərzində keçirilən ilk görüşündə “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.
Talehə Hüseynzadə
