Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən nüfuzlu “Böyük Dəbilqə” turnirində uğurlu çıxış edərək gümüş medal qazanıb.

Təmsilçimiz final görüşündə Yaponiya idmançısı Yuhey Ono ilə üz-üzə gəlib və həlledici qarşılaşmada məğlub olaraq yarışın ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Paris “Böyük Dəbilqə” turniri bu gün başa çatır. Azərbaycan millisi yarışda ümumilikdə səkkiz cüdoçu ilə təmsil olunur.
Talehə Hüseynzadə
