Fortnite oyununda Sevgililər Gününə həsr olunmuş yeni Love and Legends adlı xüsusi tədbir başlayıb.
Epic Games tərəfindən təşkil edilən bu oyun içi tədbir bu gündən etibarən aktivləşdirilib və qlobal miqyasda milyonlarla oyunçunu əhatə edir.
Tədbir çərçivəsində Power Hour adlı xüsusi vaxt aralıqları müəyyən edilib. Bu müddət ərzində oyunçular adi vaxtlarla müqayisədə daha çox təcrübə xalı XP qazanmaq imkanı əldə edirlər. Power Hour sessiyalarının başlama vaxtı regionlara görə dəyişir və oyunçuların yaşadıqları ölkəyə uyğun şəkildə planlaşdırılıb.
Love and Legends tədbiri Fortnite dünyasına Sevgililər Günü mövzusunda xüsusi atmosfer gətirir və oyunun ümumi dinamikasını daha əyləncəli edir. Tədbirin əsas məqsədi oyunçuların aktivliyini artırmaq və mövsüm ərzində oyun təcrübəsini daha cəlbedici etməkdir.
Epic Games tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür tematik tədbirlər Fortnite oyun sənayesindəki populyarlığını qorunmasında mühüm rol oynayır.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
