Bu gün:

Fevralın 9-na hava proqnozu açıqlanıb


Fevralın 9-na gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə olunacaq, şimal-qərb küləyi üstünlük təşkil edəcək.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında dağlıq və dağətəyi ərazilərdə arabir yağıntı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı bölgələrdə yağıntıların intensivləşəcəyi, küləyin isə arabir güclənəcəyi bildirilir.

Temperatur göstəricilərinə gəlincə, gecə saatlarında 1–6 dərəcə isti, dağlıq ərazilərdə isə şaxta müşahidə olunacaq. Gündüz temperaturu əksər rayonlarda 7–15 dərəcə isti arasında dəyişəcək. Gecə və səhər saatlarında bəzi yolların buz bağlaması ehtimalı olduğundan sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et