Bu gün:

Azərbaycan cüdoçusu qızıl medal qazanıb


Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

27 yaşlı idmançı Balabəy Ağayev 60 kq çəki dərəcəsi ilə finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Səidə Abasova

Paylaş
Şərh əlavə et