Belarus Respublikasının Prezidenti yanında Heyvan və Bitki Aləminin Mühafizəsi üzrə Dövlət Müfəttişliyi 2025-ci ildə vəhşi heyvanların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artdığını qeydə almağa davam edir. İlin yekunlarına görə, yol-nəqliyyat qəzaları nəticəsində həlak olmuş və ya xəsarət almış heyvanların aşkar edilməsi ilə bağlı 4998 fakt qeydə alınıb. Zərərçəkmiş vəhşi heyvanların ümumi sayı 5100 fərd təşkil edib.

2021–2025-ci illəri əhatə edən dövr üzrə məlumatların təhlili vəhşi fauna nümayəndələrinin iştirakı ilə baş verən qəzaların sayında sabit artım tendensiyasını göstərir. Nəqliyyat vasitələrinin təkərləri altına ən çox cüyürlər düşür. 2025-ci ildə 3526 fərd tələf olub. Həmçinin 1111 sığın və 156 nəcib maralın tələf olması qeydə alınıb. Çöl donuzlarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da əhəmiyyətli dərəcədə artıb — 266 heyvan tələf olub. Ayılar, vaşaqlar, əsas və ehtiyat genofonduna aid zubrlər, tarpanabənzər atlar, xallı marallar və qunduzlarla toqquşmalar isə tək-tük hallarda baş verir.
Mənbə: mstlife.by
Tərcümə etdi: Aysel Mehtizadə
