Bu gün:

AEBA Ukraynada enerji təhlükəsizliyi ilə bağlı həyəcan siqnalı verib


Ötən həftəsonu Ukraynanın enerji sistemi yenidən hücumlara məruz qalıb, nəticədə atom elektrik stansiyalarının fəaliyyəti pozulub.

24media.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin sözlərinə görə, ötürücü xətlərin sıradan çıxması enerji şəbəkəsində zəncirvari ayrılmalara səbəb olub, AES-lərdən birində enerji bloku avtomatik dayandırılıb, digərlərində isə güc azaldılıb.

Bundan əlavə, Çernobıl AES-in xarici elektrik təchizatı tam kəsilib və stansiya təxminən bir saat dizel generatorları hesabına işləyib.

R.Qrossi bildirib ki, enerji şəbəkəsindəki qeyri-sabitlik nüvə təhlükəsizliyi üçün daimi risklər yaradır və Ukraynadakı AES-lərin enerji təminatının gücləndirilməsi üçün təcili təmir işlərinə ehtiyac var.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et