İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

24media.az bildirir ki, “San Siro” stadionunda İtaliyanın tarixi və gələcəyə baxışını əks etdirən vizual şou nümayiş olunub. Daha sonra İtaliyanın Dövlət Himni səsləndirilib və stadion üzərində ölkənin milli rənglərini əks etdirən nəhəng atəşfəşanlıq təşkil edilib.
Mərasimin növbəti hissəsində idmançıların ənənəvi paradı baş tutub. Azərbaycan komandası 92 ölkə arasında 11-ci sırada stadiondan keçib.
Komandamızın bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.
Açılış mərasimini Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyiblər.
Qeyd edək ki, “Milan–Kortina 2026” XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən təxminən 3 min idmançı iştirak edir, Azərbaycan XXV Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunur. Bu iştirak ölkəmizin Qış Olimpiadalarında davamlı təmsilçiliyinin növbəti mərhələsidir.
Amina Paşazadə
