Paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən ardıcıl tədbirlər davam etdirilir. Keçirilən əməliyyatlar çərçivəsində iri həcmli narkotik maddələrin dövriyyədən çıxarılması təmin olunur və bu sahədə nəzarət gücləndirilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan ümumilikdə 3 kiloqram 547 qram narkotik vasitə, o cümlədən marixuana və heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik maddələri satış məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Fərəcov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Arzu Qafarova
