Rusiya ordusunun yüksək rütbəli generalı Moskvada bir neçə dəfə güllələnərək yaralanıb.

General-leytenant Vladimir Alekseyev paytaxtın şimal-qərb kənarında yerləşən bir yaşayış binası qarşısında hücuma məruz qaldıqdan dərhal sonra xəstəxanaya aparılıb və onun vəziyyəti ilə bağlı məlumat yoxdur.
Alekseyev Rusiyanın GRU hərbi kəşfiyyatının baş idarəsində ikinci nömrəli şəxsdir və təxminən dörd il əvvəl Ukraynaya tam miqyaslı hücum başlayandan bəri paytaxtda hədəf alınan ən son yüksək rütbəli hərbi şəxsdir.
O, GRU-nun 2018-ci ildə Böyük Britaniyanın Solsberi şəhərində etdiyi iddia edilən sinir agentliyi hücumunun arxasında durması ittihamından sonra Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalmışdı
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
