Son elmi araşdırmalar göstərir ki, kişilərdə ürək-damar sağlamlığı baxımından risk daha erkən yaşlarda formalaşmağa başlayıb. Xüsusilə 35 yaş kişilər üçün kritik bir dönüm nöqtəsi hesab olunur. Bu yaşdan etibarən ürək xəstəliklərinin gizli inkişaf mərhələsi başlaya bilər.
Aparılan uzunmüddətli tədqiqatlara əsasən, kişilər qadınlarla müqayisədə ürək-damar xəstəlikləri riskinə təxminən yeddi il daha tez daxil olurlar. 50 yaşına çatdıqda kişilərdə növbəti 10 il üçün risk göstəricisi qadınlardan iki dəfə yüksək olub. Bu fərq yalnız klassik risk amilləri ilə deyil, həm də bioloji və sosial faktorlarla izah edilib.
Mütəxəssislər ürək sağlamlığının qorunması üçün risk qiymətləndirilməsinin artıq 30 yaşdan başlanmasını tövsiyə edirlər. Müntəzəm tibbi müayinələr, sağlam qidalanma və fiziki aktivlik bu riskin azalmasında mühüm rol oynayır. Erkən profilaktik tədbirlər həyat keyfiyyətini yüksəldir və ciddi xəstəliklərin qarşısını ala bilər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
