Bu gün:

Narahatlığınızın əsas səbəbi bunlar ola bilər!


Narahatlığa səbəb olan qidaları təqdim edirik.

Çox müxtəlif səbəblərdən yarana bilən narahatlıq, adətən birdən çox stress faktorunun birləşməsi nəticəsində yaranır. 

Bu səbəblərdən birinin yediyiniz qida olduğunu bilirdinizmi? 

Araşdırmalar göstərib ki, bəzi qidalar sizi sakitləşdirə bilər, digərləri isə narahatlığı artıra bilən stimullaşdırıcı rolunu oynaya bilər. Gərgin və stresli dövrlərdən keçirsinizsə, mütəxəssisə müraciət edərək pəhrizinizi dəyişə bilərsiniz. 

Budur narahatlığı tətikləyən qidalar... 

Kofein narahatlığın artmasına səbəb olan bir nömrəli qida olaraq görülür. Qəhvə yuxuya səbəb olan bir maddə ehtiva edir, lakin bu maddənin narahatlığa səbəb ola biləcək müxtəlif yan təsirləri də var. 

Məsələn, çox qəhvə istehlak etmək (bəzi hallarda hətta bir fincan qəhvə də) ürək döyüntüsünə, gərginliyə, yatmaqda çətinlik çəkməyə və başgicəllənməyə səbəb ola bilər. 

Qəhvə içdikdən dərhal sonra bu hallarla qarşılaşsanız, bunlar təşviş əlamətləridir və bunu hiss etməyə başladığınızda çaxnaşmaya başlayırsınız və narahatlığın pis dairəsinə girirsiniz. 

Xüsusilə narahat olduğunuz və ya sizi narahat edən bir şey etməli olduğunuz günlərdə kofein istehlak etməməyə çalışın. Narahat hiss etdiyiniz günlərdə tamamilə narahatçılığa uyğun çaylar qəbul etmək bu vəziyyətin qarşısını almağa kömək edəcək. 

Unutmayın ki, kofein təkcə qəhvədə deyil, bir çox başqa içkilərdə də var! 

Budur tərkibində kofein olan qida məhsulları; Qəhvə, Latte, Kapuçino, Espresso və s. bəzi çaylar, enerji içkiləri və şokolad.


Mənbə: BestLife

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et