Xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ən çox ölümə səbəb olan ikinci xəstəlikdir. Hər il milyonlarla insanın həyatına təsir edir və bu rəqəmlərin gələcəkdə artacağı proqnozlaşdırılır. Buna görə də xərçəngdən qorunma yolları böyük əhəmiyyət daşıyıb.

Siqaret və alkoqoldan uzaq durmaq, sağlam qidalanmaq və müntəzəm fiziki aktivlik xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. İşlənmiş qidaların azaldılması, günəş şüalarından qorunma və piylənmənin qarşısının alınması da vacib amillər sırasındadır. Bundan əlavə, müntəzəm tibbi müayinələr və erkən skrininqlər xəstəliyin vaxtında aşkarlanmasına imkan yaradır. Xərçəngin qarşısının alınmasında ən təsirli yol sağlam həyat tərzinin seçilməsidir. Erkən diaqnoz müalicə şansını və sağ qalma ehtimalını xeyli artırır. Elmi əsaslara söykənən tibbi tövsiyələrə əməl etmək hər bir insan üçün həyati əhəmiyyət kəsb edir.
Hazırladı: Fidan Mənsimova
