Bu gün:

Özbəkistan Hindistandan canlı heyvanların və quşların idxalını müvəqqəti qadağan edib


Özbəkistanda 29 yanvardan etibarən Nipah virusunun yayılması ilə əlaqədar Hindistandan heyvanların ölkəyə gətirilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Müvafiq qərarı 29 yanvar tarixində Özbəkistanın baş dövlət baytarlıq müfəttişinin müavini qəbul edib.

Əlavə olaraq, Hindistanın Qərbi Benqal ştatından dövlət baytarlıq xidmətinin nəzarətində olan bütün məhsulların (ət, süd, yumurta, balıq və s.) idxalı müvəqqəti məhdudlaşdırılıb. Beynəlxalq tranzit bu məhdudiyyətlərə aid edilmir.

Qərar WOAH-ın məlumatları və açıq mənbələrdəki xəbərlər əsasında, Qərbi Benqalda Nipah virusu ilə bağlı mürəkkəb epidemioloji vəziyyətə görə qəbul edilib. Sağlam ərazilərdən məhsul idxalı isə zərurət olduqda fərdi qaydada nəzərdən keçirilə bilər. Regionlarda, sərhəddə və nəqliyyatda baş baytarlıq müfəttişlərinə məhdudiyyətlərə ciddi nəzarət tapşırılıb.

Özbəkistanın aidiyyəti qurumu 26 yanvarda bildirib ki, Nipah virusu ölkədə qeydə alınmayıb. Virus heyvanlardan insana keçə bilər, həmçinin yoluxmuş qida və insandan insana yoluxma da mümkündür. Son illər Hindistanda bu virusla yoluxmalar mütəmadi qeydə alınır, Cənub-Şərqi Asiyada da insanlarda hallara rast gəlinir.

Mənbə: gazeta.uz
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et