Bu gün:

Hindistanlı müəllim bir milyon dollarlıq beynəlxalq mükafat qazanıb


Hindistanlı müəllim Rouble Nagi bu gün keçirilən beynəlxalq mərasimdə Global Teacher Prize mükafatına layiq görülərək 1 milyon ABŞ dolları məbləğində mükafat qazanıb.

O bu nüfuzlu mükafata sosial baxımdan həssas və imkanları məhdud bölgələrdə təhsilin inkişafına verdiyi töhfələrə görə seçilib.

Rouble Nagi illər ərzində kasıb ərazilərdə yüzlərlə tədris və öyrənmə mərkəzi yaradıb, eyni zamanda, maarifləndirici divar rəsmləri vasitəsilə uşaqların təhsilə marağının artırılmasına nail olub. Onun fəaliyyəti, xüsusilə qızların təhsilə cəlb olunması və yerli icmaların maarifləndirilməsi baxımından beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.

Mükafatın təşkilatçıları bildiriblər ki, Rouble Nagi təhsilə innovativ yanaşması və cəmiyyətə real təsiri ilə milyonlarla insana nümunə göstərib. Qeyd edək ki, Global Teacher Prize hər il dünyada təhsilin inkişafına mühüm töhfə verən bir müəllimə təqdim olunur.

Mənbə: Clickorlando.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et