Bu gün:

“Lineapelle Designers Edition” yenidən Milanda keçiriləcək


Milanda moda həftəsi çərçivəsində təşkil olunan “Lineapelle Designers Edition” 26 fevral–1 mart tarixlərində yenidən moda və dizayn dünyasını bir araya gətirəcək.

Tədbirin məqsədi dəri sənayesində yeni yanaşmaları, müasir texnologiyaları və yaradıcı dizayn trendlərini ön plana çıxarmaqdır. İştirakçılar eksperimental materiallar, davamlı istehsal metodları və estetik cəhətdən fərqlənən kolleksiyalar nümayiş etdirəcəklər. Bu xüsusiyyətlər sərgini kommersiya platformasından daha çox yaradıcılıq və innovasiya mərkəzinə çevirir.

“Lineapelle Designers Edition” həm də moda evləri, istehsalçılar, alıcılar və sənaye ekspertləri arasında əlaqələrin qurulmasına şərait yaradır. Tədbir gənc istedadlara beynəlxalq moda arenasına çıxış imkanı verməklə yanaşı, dəri sənayesinin gələcək inkişaf istiqamətlərinə də işarə edən mühüm platforma kimi qiymətləndirilir.


Mənbə: ru.fashionnetwork.com

Tərcümə etdi: Şehrin Musayeva



Paylaş
Şərh əlavə et