Böyük Britaniyada mühafizəçi itlər kameralar, siqnalizasiya və şəxsi mühafizə kimi vasitələrlə yanaşı, şəxsi təhlükəsizlik üzrə yeni mədəniyyətin bir hissəsinə çevrilir. Bu itlərə marağın artdığını kinoloqlar və heyvanları müdafiə edən təşkilatlar qeyd edir.

Söhbət xüsusi şəkildə öyrədilən və əmr veriləndə hücum edən heyvanlardan gedir. Bu rolda ən çox alman və belçika çoban itlərindən, dobermanlardan, rotveylerlərdən və kane-korsolardan istifadə olunur. Belə itlər bir neçə mərhələli hazırlıqdan keçirlər: təhlükəni tanıma, cinayətkarları qorxudub uzaqlaşdırma və hücumu dayandırmaq əmri gələnə qədər hədəfi fiziki olaraq saxlayıb, tutma. Onlar çox vaxt həm ailə iti, həm də eyni anda “canlı təhlükəsizlik sistemi” kimi təqdim olunur.
Mənbə: holod.media
Tərcümə etdi: Aysel Mehtizadə
