Bu gün:

Rusiya Ukraynanın enerji obyektlərinə ilin ən güclü zərbəsini endirib


Rusiya Ukraynanın enerji sektorunu hədəf alaraq rekord sayda ballistik raket istifadə edib. Prezident Volodımır Zelenskinin açıqlamasına görə, bu hücumlar paytaxt Kiyev də daxil olmaqla bir çox regionda elektrik stansiyaları və infrastruktura zərər vurub.

Özəl enerji şirkəti DTEK-in verdiyi məlumata əsasən, raket və pilotsuz uçuş aparatları (dron) hücumları bu il ərzində "ən güclü zərbə" olub. Hücumlar havanın -20 dərəcəyə qədər soyuduğu bir vaxtda edilib və paytaxtda minlərçə binanın istiləşmə sistemi işləməz hala düşüb. Şərqdəki Xarkov şəhərində isə bir elektrik stansiyası bərpa olunmayacaq dərəcədə zədələnib.

Zelenski deyib ki, Rusiya müharibəni bitirmək üçün diplomatiya yox, terror və eskalasiyanı seçir. O, Ukraynanın müttəfiqlərindən Moskvaya qarşı "maksimum təzyiq" göstərməsini tələb edib.

Hücumlar zamanı Kiyev sakinləri metro stansiyalarında sığınacaq tapıb.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et