Rusiya Hökumətində sahiblərin ev heyvanlarına vəhşilik etməsi halında heyvanların müsadirə olunması haqqında qanun layihəsi təsdiqlənib.Ev heyvanları vətəndaşların mülkiyyətidir, buna görə də heyvanların alınmasına imkan verən Rusiya Federasiyasının Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər lazımdır.

Daha əvvəl təşəbbüs 37 nəfər müxtəlif fraksiyalardan olan deputat tərəfindən irəli sürülüb. Layihə heyvanların məhkəmə yolu ilə müsadirəsini nəzərdə tutur. Bununla yanaşı, heyvanı sığınacağa təhvil vermək lazım olacaq. Hazırkı qanun yalnız qanunsuz saxlanılan vəhşi heyvanların alınmasına imkan verir.
Bundan əlavə, deputatlar vətəndaşların aqressiv heyvanlar barədə məlumatlarına cavab verən "reaksiya sistemi" yaratmağı təklif ediblər. Bu işdə fövqəladə çağrı xidməti 112 operatorları, heyvan sığınacaqlarının sahibləri, Rospotrebnadzor-un yerli şöbələri və səlahiyyətli dövlət orqanları iştirak etməlidir.
Mənbə: kuban24.tv
Tərcümə etdi: Aysel Mehtizadə
