Soyuq hava şəraitində bir ailə yeni doğulmuş buzovu xilas edərək onu evə gətirib. Açıq havada doğulan buzov temperaturun çox aşağı olması səbəbindən donmaq üzrə olub.

Ailənin atası hamilə inəyi yoxlamaq üçün çölə çıxanda buzovun soyuqdan əziyyət çəkdiyini görüb. Buzov tamamilə donmuş vəziyyətdə olub və dərhal evə aparılıb. Ailə onu təmizləyib, isidib və qidalandırıb. Bunun üçün saçqurudandan da istifadə ediblər.
Bir müddət sonra buzov evdə divanda uzanaraq ailənin azyaşlı uşaqları ilə birlikdə dincəlib. Uşaqlar bu vəziyyəti tamamilə adi qarşılayıblar. Ailənin 3 yaşlı oğlu buzova sevdiyi cizgi filmindəki personajın adını verib.
Ailə əvvəlki qış soyuq səbəbindən bir buzov itirdiyi üçün bu dəfə gecikmədən hərəkət edib. Onlar təsərrüfatda heyvan saxladıqları üçün belə hallara öyrəşiblər. Buzov ertəsi gün anasının yanına qaytarılıb və hazırda vəziyyəti yaxşıdır.
Mənbə: AP news
Tərcümə etdi: Aydan Xudayarova
