Bu gün:

"Alaia" moda evinin kreativ direktoru öz vəzifəsindən ayrılıb


Piter Muliyer beş il ərzində uğurla rəhbərlik etdiyi "Alaia" moda evində kreativ direktor vəzifəsindən ayrıldığını elan edib. 

Onun fəaliyyəti dövründə "Alaia" brendi müasir dəbdə yenidən güclü mövqe qazanaraq, özünəməxsus heykəltəraş siluetləri, yüksək sənətkarlıq səviyyəsi və zamansız qadın estetikası ilə diqqət çəkib.


Muliyerin rəhbərliyi altında təqdim olunan kolleksiyalar tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və brendin qurucusu Azzedine Alaianın irsinə sadiq qalmaqla yanaşı, müasir yanaşma ilə seçilib. Bu dövr "Alaia" üçün həm yaradıcılıq, həm də beynəlxalq nüfuz baxımından uğurlu mərhələ hesab olunur.


Piter Muliyerin gedişi bahalı moda sənayesində baş verən genişmiqyaslı kadr dəyişikliklərinin bir hissəsi kimi qiymətləndirilir və sektor üçün mühüm hadisə sayılır. "Alaia" moda evi hələlik onun yerinə təyin olunacaq yeni kreativ direktorla bağlı rəsmi açıqlama verməyib.


Mənbə: harpersbazaar.com

Tərcümə etdi: Şehrin Musayeva

Paylaş
Şərh əlavə et