Bu gün:

Avstraliyada yanvar rekord istilərlə keçib


Avstraliya 2026-cı ilin yanvar ayını ölkə tarixində qeydə alınmış ən isti yanvar aylarından biri kimi başa vurub. Rəsmi meteoroloji məlumatlara görə, bu il yanvar ayı temperatur göstəricilərinə əsasən dördüncü ən isti yanvar olub.

Mütəxəssislərin bildirdiyinə görə, ölkənin bir çox bölgəsində normadan xeyli yüksək temperatur qeydə alınıb, bəzi ərazilərdə isə uzunmüddətli istilər gündəlik həyatı çətinləşdirib. Xüsusilə Avstraliyanın cənub və mərkəzi hissələrində temperatur rekord həddə çatıb.

İqlim üzrə mütəxəssislər bu cür anormal istilərin qlobal iqlim dəyişikliyi ilə birbaşa əlaqəli olduğunu vurğulayırlar. Onların sözlərinə görə, son illərdə Avstraliyada istilik dalğalarının həm tezliyi, həm də intensivliyi artmaqdadır. Bu isə kənd təsərrüfatı, su ehtiyatları və ekosistem üçün ciddi risklər yaradır.

Hökumət nümayəndələri və ekoloqlar gələcəkdə oxşar hava hadisələrinin daha tez-tez baş verə biləcəyini bildirərək iqlimlə bağlı qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd edirlər.

Mənbə: The Guardian 

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et