Bu gün Azərbaycanda gömrük orqanları əməkdaşlarının peşə bayramı qeyd olunur. 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılması ilə ölkədə müasir gömrük sisteminin əsası qoyulub və sonrakı illərdə bu sahədə ardıcıl islahatlar həyata keçirilib.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq gömrük xidmətinin maddi-texniki bazası gücləndirilib, beynəlxalq standartlara uyğun fəaliyyət modeli formalaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə gömrük sistemində rəqəmsallaşma, şəffaflıq və sahibkarlığa dəstək əsas prioritetlərə çevrilib.
Dövlət Gömrük Komitəsi bu gün milli iqtisadi təhlükəsizliyin təmin olunmasında, xarici ticarətin səmərəli idarə edilməsində və qanunsuz dövriyyəyə qarşı mübarizədə mühüm rol oynayır. Son illər əldə olunan göstəricilər gömrük xidmətinin həm iqtisadi, həm də hüquq-mühafizə sahəsində strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Arzu Qafarova
