İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçı azarkeş sayına görə üçüncü olub.

Qarşılaşma "Enfild" stadionunda baş tutub, 60043 azarkeşin iştirakı qeydə alınıb. Oyun "Liverpul" komandasının "Qarabağ" üzərində 6:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, birinci yeri 81365 azarkeşin izlədiyi "Borussiya" (Dortmund) – "İnter" (İtaliya) oyunu tutub, ikinci sırada isə 64305 azarkeşin iştirak etdiyi "Benfika" (Portuqaliya) – "Real" (İspaniya) görüşü qərarlaşıb.
Aminə Paşazadə
