Bu gün:

Aİ İrana yeni sanksiyalar tətbiq etməyi planlaşdırır


Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyaların tətbiqini planlaşdırır.

24media.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclası ərəfəsində jurnalistlərə açıqlama verib.

“İranın təhlükəsizlik qüvvələri kütləvi ölümlərə görə məsuliyyət daşıyır. Bu gün biz minlərlə etirazçının ölümünə görə birbaşa məsuliyyət daşıyanlara qarşı yeni sanksiyalar tətbiq edəcəyik”, - Kallas bildirib.

Qeyd edək ki, İranda 8 yanvar tarixindən başlayan internet qadağası ölkədən məlumat əldə olunmasını və ölənlərin real sayını müəyyən etməyi ciddi şəkildə çətinləşdirir.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et