“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis komandasının Azərbaycan Basketbol Liqasının XI turundan təxirə salınmış oyununda “Neftçi” üzərində qazandığı qələbəni dəyərləndirib.
24media.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında oyunun ilk dəqiqələrindən etibarən komandasının yaxşı müdafiə olunduğunu bildirib. Onun sözlərinə görə, məşqlər zamanı müdafiə elementlərinə xüsusi diqqət yetirilir.
Rimas Kurtinaytis hesab arasındakı fərqin artmasının oyunçuları tonusda saxlamağı çətinləşdirdiyini vurğulayıb. Buna baxmayaraq, basketbolçuların sona qədər yaxşı mübarizə apardığını qeyd edən baş məşqçi komandanı sərgilədikləri oyuna görə təbrik edib.
Qeyd edək ki, qarşılaşmada “Sabah” basketbol klubu “Neftçi”ni 125:89 hesabı ilə məğlub edib.
Səidə Abasova
