Bu gün:

Türkiyənin tanınmış müğənnisi Seha Okuş vəfat edib


24media.az "Haber Global"a istinadən xəbər verir ki, 97 yaşlı müğənni bu gün səhər reanimasiyada dünyasını dəyişib.

O, məşhur “Hasretinle yandı gönlüm” mahnısının ifaçısı idi.

Qeyd edək ki, Seha Okuş uzun illər İstanbul Belediye Konservatuvarı Türk Müziği Bölümü məzunu olub (1958) və həm konservatoriyada, həm də İstanbul Radyosunda təxminən 35 il fəaliyyət göstərib. O, “Hasretinle Yandı Gönlüm” mahnısı ilə geniş tanınıb, həm musiqi, həm də Yeşilçam filmlərində səsləndirdiyi musiqi ilə xatırlanır.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et