Bu gün:

Misli Premyer Liqasında 7 əcnəbi baş məşqçi rekordu


Misli Premyer Liqasının XVII turu maraqlı statistik göstərici ilə diqqət çəkib. Tur çərçivəsində 7 əcnəbi baş məşqçinin komandası eyni vaxtda meydana çıxıb ki, bu da Azərbaycan çempionatları üçün nadir hal sayılır. Yeni ilin ilk oyunlarında bir neçə klub legioner mütəxəssislərin rəhbərliyi altında çıxış edib.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, XVII turda çıxış edən əcnəbi baş məşqçilərdən ikisi cəza səbəbindən matçları texniki zonadan deyil, tribunadan izləyib. Bununla da Azərbaycan Premyer Liqası tarixində təxminən 15 ildən sonra 7 legioner baş məşqçinin iştirak etdiyi tur rekordu yenidən təkrarlanıb.

Qeyd edək ki, bu göstərici indiyədək cəmi iki mövsümdə qeydə alınıb. İlk dəfə 2008/09 mövsümündə, daha sonra isə 2011/12 mövsümünün gedişində eyni anda 7 əcnəbi baş məşqçi Azərbaycan çempionatında fəaliyyət göstərib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et