İraqda prezident seçkiləri ölkənin qanunverici orqanı olan Nümayəndələr Şurasında yanvarın 27-də baş tutacaq.
24media.az INA-ya istinadən bildirir ki, bu barədə İraq parlamentinin sədri Heybət əl-Həlbusi açıqlama verib. Onun sözlərinə görə, respublika prezidentinin seçilməsi məqsədilə parlamentin iclası yanvarın 27-nə planlaşdırılıb.
Prezident vəzifəsinə namizədlərin yekun siyahısında ümumilikdə 19 nəfərin adı yer alıb. Namizədlər arasında hazırkı dövlət başçısı Əbdül Lətif Rəşid, eləcə də xarici işlər naziri Fuad Hüseyn də var. Qeyd olunur ki, Əbdül Lətif Rəşid prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Xatırladaq ki, 2025-ci ilin sonlarında İraq parlamenti Heybət əl-Həlbusini Nümayəndələr Şurasının sədri seçib. Ölkə konstitusiyasına əsasən, parlament sədrinin seçilməsindən sonra 30 gün ərzində prezident seçkiləri keçirilməlidir. Seçilən prezident isə parlamentdə ən böyük koalisiyaya baş nazir postuna namizəd təqdim etmək səlahiyyəti verir.
Fatimə Hüseynova
