Bu gün:

Peskov: ABŞ Rusiya–Ukrayna müharibəsi üzrə danışıqları sürətləndirməyə çalışır


Amerikalılar Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı aparılan danışıqlarda vasitəçi qismində vaxtla yarışırlar.

24media.az-ın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, bu fikirləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Kremldə gecə saatlarında baş tutan görüşünü şərh edərkən bildirib ki, ciddi müzakirələr zamanı Putin üçün görüşün günün hansı vaxtında keçirilməsinin önəmi yoxdur.

Peskovun sözlərinə görə, danışıqlarda yüksək fəallıq müşahidə olunur və amerikalılar vasitəçi kimi prosesi sürətləndirməyə çalışırlar:
“Yüksək dinamika var, amerikalılar tələsirlər və bunu başa düşmək olar”.

O qeyd edib ki, Uitkoffla keçirilən görüş Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə işçi qruplarına veriləcək təlimatların razılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.

"Razılaşma var idi ki, ertəsi gün artıq Əbu-Dabidə təhlükəsizlik üzrə işçi qrupunun danışıqları keçiriləcək. Bu qruplar təlimat almalı idilər. Ona görə də Uitkoffla görüş bu qədər vacib idi", – deyə Kremlin nümayəndəsi əlavə edib.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et