Bu gün:

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib


Milli Hidrometeorologiya Xidməti yanvarın 26-sı gündüz saatlarından 27-si gündüzədək Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin əksər bölgələrində küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.

24media.az xəbər verir ki, xidmətin məlumatına görə, Bakı və Abşeron yarımadası ilə yanaşı Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevir ərazilərində şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti saniyədə 13,9–20,7 metr arasında dəyişəcək.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et