Bu gün:

Aİ-nin Ukraynaya qoşun göndərilməsinə dair imzalanmış sənədi var


Avropa İttifaqının zərurət yaranacağı halda Ukraynaya qoşun göndərilməsinə imkan verən rəsmi sənədi mövcuddur. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.


24media.az xəbər verir ki, Orbanın sözlərinə görə, müvafiq saziş artıq imzalanıb və bu sənəd Aİ ölkələrinin ehtiyac yaranacağı təqdirdə Ukraynaya hərbi qüvvə göndərməsini nəzərdə tutur. O bildirib ki, Avropa İttifaqı döyüş əməliyyatlarına hazırlaşmaq mərhələsində deyil, faktiki olaraq bu prosesə artıq daxil olub.


Macarıstanın Baş naziri qeyd edib ki, mövcud vəziyyətdə əsas sual bu qərarların Avropa vətəndaşlarının gündəlik həyatına nə qədər qısa müddətdə təsir göstərəcəyi ilə bağlıdır. Onun fikrincə, yaranan vəziyyət Avropa üçün ciddi nəticələr doğura bilər.


Səidə Abasova

Paylaş
Şərh əlavə et