ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidmətinin əməkdaşının iştirakı ilə atışma baş verib. 24media.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumata görə, sərhəd xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb. Hadisə yerində şübhəliyə məxsus tapança və iki daraq aşkarlanıb.
Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı məlumatlandırılıb.
Səidə Abasova
