Niderlandın vəliəhd şahzadəsi Katarina-Amaliya əsas hərbi təlim kursunu bitirib və kapral rütbəsi alıb. 24media.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.

Şahzadə Amaliya hərbi xidmətə daxil olan kral ailəsinin ilk qadın üzvüdür. O həmçinin hazırda atası, kral Villem-Aleksandrın taxt-tacına ilk namizəddir.
Hərbi rütbə aldıqdan sonra o, Müdafiə Nazirliyinin inzibati qərargahında təmənnasız işə başlayacaq.
Kral Villem-Aleksandr qızını 2025-ci il sentyabrın 30-da Silahlı Qüvvələrin ehtiyat əsgəri təyin edib.
