Bu gün Xankəndi şəhərinə ilk köç prosesi həyata keçirilib. “Böyük Qayıdış” Proqramı çərçivəsində Xankəndi şəhərinin keçmiş məcburi köçkünlərindən ibarət 36 ailə (162 nəfər) uzun fasilədən sonra doğma yurduna qayıdıb.

Sakinlərə yeni mənzillərinin açarları təqdim edilib.
Şəhid atası Kamran Nəsirov doğma torpağa qayıdışın sevincindən danışıb. Xankəndi sakini Nadir Rəşidov isə bu günü illərlə gözlədiyini və qəhrəman şəhidlərimizin xatirəsi qarşısında baş əydiyini bildirib.
Qeyd edək ki, ümumilikdə bərpa edilmiş və yenidən məskunlaşmış ərazilərdə təxminən 24000 keçmiş məcburi köçkün artıq geri dönüb, onlardan daha çoxunun qayıdışına dəstək üçün infrastruktur işləri sürətlə davam edir.
Aminə Paşazadə
