Bu gün:

Azərbaycan Trampın Sülh Şurasına təsisçi üzv olur


Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib. O, Azərbaycan Respublikasını təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.


Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edib. 


Sülh Şurasına üzvlüklə bağlı rəsmi təsdiq məktubu ABŞ-a ünvanlanacaq, tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər görüləcək. 


Qeyd edək ki, beynəlxalq media məlumatlarına görə, şura çərçivəsində dünyanın müxtəlif ölkə rəhbərlərinə dəvət göndərilib və bəzi dövlətlər artıq razılıq verib.


Aminə Paşazadə 

Paylaş
Şərh əlavə et