Bu gün:

Real Madrid – “Monako”: Çempionlar Liqasına dönüş


Bu gün UEFA Çempionlar Liqası çərçivəsində “Santyaqo Bernabeu” stadionunda növbəti qarşılaşma keçiriləcək. Arbeloadanın rəhbərlik etdiyi “Real Madrid” turnirin liqa mərhələsinin VII turunda “Monako”nu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bir aydan çox fasilədən sonra Çempionlar Liqası yenidən “Bernabeu”ya qayıdır. Madrid təmsilçisi hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Komanda indiyədək 4 qələbə (“Marsel”, “Kayrat Almatı”, “Yuventus” və “Olimpiakos”a qarşı) və 2 məğlubiyyət (“Liverpul” və “Mançester Siti”yə qarşı) əldə edib.

“Monako” ilə oyunda qazanılacaq 3 xal ilk səkkizliyə düşərək birbaşa 1/8 finala vəsiqə əldə etmək baxımından böyük əhəmiyyət daşıyır. Bu matçdan sonra Arbeloadanın komandası üçün liqa mərhələsində cəmi bir oyun qalacaq. “Real Madrid” növbəti həftə çərşənbə günü səfərdə “Benfika” ilə üz-üzə gələcək.

Mənbə: Real Madrid 

Tərcümə etdi: Mələk Nəsirli 

Paylaş
Şərh əlavə et