Bu gün:

Evdə gigiyenanı necə təmin etmək olar?


Evdə gigiyenanı necə təmin etmək olar? 

Gigiyena qaydalarına hər zamankından daha çox diqqət yetirməli olduğumuz günlərdə yaşayırıq. 

Günümüzün çox hissəsini keçirdiyimiz evlərimizin tozdan və mikrobdan təmiz olması xüsusilə vacibdir. Beləliklə, evlərimizdə uzunmüddətli gigiyena necə təmin edilə bilər? 

Sizin üçün sadaladıq... 

Hava filtrlərini təmizləyin və ya yeniləyin.

Eviniz mərkəzləşdirilmiş şəkildə qızdırılırsa və ya soyudulursa, havadakı toz səviyyəsinə nəzarət etmək üçün filtrləri tez-tez dəyişməyi tövsiyə edirik. Təbii ki, evinizdə toz yığılmağa davam edir. Lakin keyfiyyətli filtrlərdən istifadə etmək və onları ən çox 3 aydan sonra dəyişdirmək evinizdə tozun yığılma sürətini aşağı salacaq. 

Tez-tez yerləri silin. 

Döşəmələri nəm süpürgə ilə silmək tozsoran zamanı əldən verdiyiniz tozu toplamaq üçün mükəmməldir. Əgər tez-tez təmizləsəniz, tozu idarə edə bilərsiniz. Evinizi həftədə ən azı iki dəfə tozsoranla təmizləyin.


Mənbə: Milliyet

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et