Bu gün:

Dişlərin vəziyyəti erkən ölüm riskini göstərə bilər


Son elmi araşdırmalar ağız və diş sağlamlığının ümumi sağlamlıqla birbaşa əlaqəli olduğunu göstərib. Xüsusilə dişlərin sayı və vəziyyəti insanın həyat müddətinə təsir edən mühüm göstəricilərdən sayılıb. Yeni tədqiqatlar bu əlaqənin gözlənildiyindən daha güclü olduğunu ortaya qoyub.

Yaponiyanın Osaka Universitetində aparılan genişmiqyaslı araşdırma göstərib ki, ağızdakı sağlam və ya dolğulu dişlərin çoxluğu ölüm riskinin azalması ilə əlaqəlidir. Əksinə, çürük və ya itirilmiş dişlərin sayının artması erkən ölüm ehtimalını yüksəldir. Alimlər bunu xroniki iltihablanma və düzgün qidalanmanın pozulması ilə izah ediblər. Mütəxəssislər yaşlılıq dövründə yalnız diş sayının deyil, onların klinik vəziyyətinin də mütəmadi izlənilməsini vacib hesab ediblər. Dişlərin vaxtında müalicə olunması ağız sağlamlığı ilə yanaşı, ümumi bədən sağlamlığını da qoruyur. Buna görə də diş baxımı uzun və sağlam həyatın əsas şərtlərindən biri kimi dəyərləndirilməlidir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova






Paylaş
Şərh əlavə et