Kirovda “Böyük Yuva” mərkəzinin bazasında vəhşi heyvanlar üçün xəstəxana yaradılması planlaşdırılır. Bu barədə regional hökumətdə məlumat verilib.

İşlər Prezident Qrantları Fondunun vəsaiti hesabına həyata keçiriləcək. Xüsusilə, zəruri avadanlıq və dərmanlarla təchiz olunmuş stasionar təşkil edilməsi planlaşdırılır. Həmçinin heyvanların təbiətə qaytarılmadan əvvəl bərpa oluna bilməsi üçün volyerlər genişləndiriləcək.
Mənbə: newsler.ru
Tərcümə etdi: Aysel Mehtizadə
