İsrail və ABŞ alimlərinin apardığı yeni araşdırmaya görə, bitkilər ətraf mühitdəki səslərə reaksiya verir.
Tədqiqat zamanı pomidor və tütün bitkiləri müşahidə olunub, məlum olub ki, bitkilər stress keçirdikdə (məsələn, kəsiləndə və ya susuz qalanda) ultrasəs dalğaları yayırlar. Bu səslər insan qulağı ilə eşidilmir, lakin xüsusi cihazlarla qeydə alınır.
Alimlər hesab edirlər ki, gələcəkdə fermerlər bu texnologiya ilə bitkilərin nə vaxt suya ehtiyacı olduğunu və ya xəstəlik keçirdiyini vaxtında anlaya biləcəklər. Bu kəşf kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün yeni imkanlar açır.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
