Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol barəsində ötən il irəli sürülən bir sıra ittihamlar üzrə məhkəmə hökmü çıxarılıb və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
24media.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Seul Mərkəzi Rayon Məhkəməsi Yun Sok Yolu 2024-cü ilin dekabr ayında ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı ittihamlar əsasında təqsirli bilib. Keçmiş prezidentə qarşı irəli sürülən ittihamlar arasında müstəntiqlərin onu saxlamaq cəhdinə mane olmaq faktı da yer alıb.
Fatimə Hüseynova
