Bu gün:

Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan qazının Avstriya və Almaniya bazarlarına tədarükünə start verib.24media.az SOCAR-a istinadən xəbər verir ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazı Cənubi və Mərkəzi Avropa ölkələrinə satmaqla Azərbaycanın qaz ixracında yeni mərhələnin əsasını qoyub.

Məlumata görə, 2026-cı ilin yanvar ayından etibarən Azərbaycan qazı artıq digər ölkələrlə yanaşı, Avstriya və Almaniyadakı alıcılara da təchiz edilir. İtaliya üzərindən Avstriya və Almaniyaya həyata keçirilən bu tədarüklər Azərbaycan qazının Avropa bazarındakı coğrafi əhatəsini daha da genişləndirib. Bununla da Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya yüksəlib.

SOCAR Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan qaz strategiyasına uyğun olaraq Avropa və Yaxın Şərq regionlarında qaz marketinqi fəaliyyətini genişləndirməkdə davam edir, müxtəlif ölkələrdən olan tərəfdaşlarla əməkdaşlıq portfelini artırır və Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et